SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
SABAH qruplarında distant təhsil davam etdirilir
Pandemiya dövründə davamlı və keyfiyyətli təhsilin təmin edilməsi məqsədi ilə 2020-2021-ci tədris ilinin payız semestrində Təhsil Nazirliyinin SABAH qruplarında tədris prosesi distant formada təşkil olunub.
Hazırda SABAH qruplarında ümumilikdə 2400-dən çox tələbə və 600-ə yaxın müəllimin qoşulduğu distant təhsil platformasında tədris aparılır. Tələbələrin dərsə davamiyyətinin orta göstəricisi 95 faiz təşkil edir. SABAH qruplarında mövcud olan 32 ixtisasdan 28-i üzrə bütün fənlər, mədəniyyət və incəsənət yönümlü ixtisaslarda bütün nəzəri və bir çox mümkün praktik fənlər “Microsoft Teams” platforması vasitəsilə onlayn keçirilir. “Microsoft Teams” onlayn mühazirə, seminar, interaktiv müzakirə, qiymətləndirmənin aparılması üçün daha təkmil imkanlar yaradır, həmçinin dərslərin videoyazılarının yaddaşda saxlanılmasının mümkünlüyü tələbələrə ehtiyac yarandıqda məlumatı təkrar dinləmək üçün də şərait yaratmış olur.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl