SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Qarabağın məşhur müəllimləri" – Qara bəy Əliverdilər
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması ictimai-siyasi xadim Qara bəy Əliverdilərdir.
Qara bəy 1879-cu ildə Şuşa qəzasının Pərioğlular obasında anadan olub. Şuşa realnı məktəbini bitirib. Azərbaycan Xalq Cümhuriyyəti dövründə parlamentin üzvü olub.
O, uzaqgörən dövlət xadimi və siyasətçi kimi savadlı gənclik yetişdirmək, bununla da xalqımızın sağlam gələcəyini təmin etmək üçün səhiyyə və maarifi ümumxalq hərəkatına çevirmək xətti yeridib. Onun təşəbbüsü ilə Qarabağda məktəb və səhiyyə ocaqları tikilib.
Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl