SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Apellyasiya Şurasının onlayn iclası keçirilib
Dekabrın 4-də Təhsil Nazirliyinin Apellyasiya Şurasının növbəti onlayn iclası keçirilib.
“Microsoft Teams” platforması üzərindən keçirilən iclasda Təhsil Nazirliyinin Maliyyə şöbəsinin Maliyyə sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər İsgəndər Ağakişiyev və Könül Yusiflinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Maliyyə və mühasibatlıq sektorunda aparıcı məsləhətçi vəzifəsinə namizədlər Aydan Məmmədova və Əli Abdulovun, Goranboy Rayon Təhsil Şöbəsində müdir müavini vəzifəsinə namizədlər Samir Əliyev və Ucal Ələkbərovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyaları üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. 2 nəfərin şikayətinin təmin olunması, 3 nəfərin şikayətinin təmin olunmaması barədə Şura tərəfindən qərar qəbul olunub.
Apellyasiya Şurasına müraciət edən 1 namizəd isə ərizəsini geri götürdüyü üçün şikayəti üzrə inzibati icraata xitam verilməsi barədə qərar qəbul edilib.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl