SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Sinqapurlu mütəxəssislərlə dərsliklərimiz müzakirə ediləcək
5 dekabr saat 11:00-da “Dərsliklərdə yeni mərhələ: Sinqapur modeli” adlı onlayn müzakirə təşkil olunacaq.
Təhsil Nazirliyinin, Təhsil İnstitutunun dəstəyi, “T-network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçiriləcək onlayn görüşdə Azərbaycanlı və sinqapurlu mütəxəssislər iştirak edəcək.
Görüşdə dərsliklərin mövcud vəziyyəti və dərsliklərdə Sinqapur təcrübəsi müzakirə ediləcək. Müzakirələr vasitəsilə bir sıra beynəlxalq qiymətləndirmə nəticələrində zirvədə olan Sinqapur təhsil sisteminin orta məktəb dərslik təcrübəsi öyrəniləcək, eləcə də keyfiyyətli dərsliyin meyarlarına, müasir dövrün dərsliklərdə yaratdığı yeni çağırışlara, dərsliklərin mövcud vəziyyətinə toxunulacaq. Həmçinin Təhsil Nazirliyinin Sinqapurla əməkdaşlıq çərçivəsində hazırlanması planlaşdırılan dərsliklərin gözlənilən təsirləri və yeniliklər barədə fikir mübadiləsi aparılacaq.
Müzakirələri Təhsil Nazirliyinin rəsmi "Facebook" səhifəsi üzərindən canlı izləyə bilərsiniz.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl