SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"Virtual təhsilə dəstək" mövzusunda özəl və dövlət qurumları ilə görüş keçiriləcək
Ölkədə pandemiya dövründə təhsilin əlçatanlığını təmin etmək və təlim-tədris prosesini məsafədən təşkil etmək məqsədilə cari ilin 2 aprel tarixindən etibarən Təhsil Nazirliyi tərəfindən "Virtual məktəb" layihəsi həyata keçirilir.
Layihə çərçivəsində hazırda platformada ümumi istifadəçi sayı şagirdlər üzrə 1,3 milyondan çox, müəllimlər üzrə 113 min, aktiv istifadəçilərin sayı isə 1 milyona çatıb. Layihənin əhatə dairəsi və təhsil imkanları hər gün genişlənsə də, bəzi ailələrdə zəruri texnologiyaların olmaması səbəbindən uşaqlar distant tədrisə qoşula bilmirlər. Qeyd olunan problemlərin qismən aradan qaldırılması məqsədi ilə Təhsil Nazirliyi özəl və digər dövlət qurumları ilə mütəmadi olaraq əməkdaşlıq edir. Bu əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və “Virtual məktəb” layihəsinə dəstəyin təşviqi məqsədi ilə 4 dekabr tarixində geniş formatda onlayn görüş təşkil olunacaq.
Görüşdə iştirak etmək istəyən qurumlardan əlaqələndirici şəxslə (Səbinə Hacızadə, sabina.hajizade@tsii.edu.az) əlaqə saxlamaları xahiş olunur.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl