SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 26-da Azərbaycan Texniki Universitetində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı ilə reallaşdırılan ali məktəb tələbələrinin XV Respublika fənn olimpiadasının yekun turuna həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil nazirinin müavini İradə Hüseynova olimpiadanın yekun turunda tələbələrin 11 fənn üzrə (riyaziyyat, fizika, kimya, informatika, Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası, ingilis dili, fransız dili, alman dili və rus dili) biliklərini sınayacaqlarını bildirib. 2009-cu ildə keçirilmiş XIV olimpiadanın yekun turuna 28 ali məktəbdən 544 tələbənin vəsiqə qazandığını söyləyən nazir müavini XV fənn olimpiadasının yekun turunda 34 ali məktəbdən 630 tələbənin iştirak edəcəyini nəzərə çatdırıb. İradə Hüseynova olimpiadanın yekun turuna Bakı şəhərindəki ali təhsil müəssisələri ilə yanaşı, Naxçıvan, Gəncə, Lənkəran, Sumqayıt və Mingəçevir şəhərlərində yerləşən ali məktəblərin də qatıldığını bildirib. Təhsil nazirinin müavini olimpiada iştirakçısı olan qeyri-dövlət ali məktəblərinin də sayının artdığını qeyd edib.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Şaiq Əsgərov Təhsil Nazirliyi ilə birgə keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Ş.Əsgərov ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadası qaliblərinin mükafatlandırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Daha sonra ali məktəb tələbələrinin XIV Respublika fənn olimpiadasında müxtəlif fənlər üzrə I (11 nəfər), II (22 nəfər), III (33 nəfər) yerlərə layiq görülmüş tələbələrə, qalibləri hazırlaşdıran müəllimlərə və münsiflər heyətinin sədrlərinə Təhsil Nazirliyinin hədiyyələri və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin pul mükafatları təqdim edilib. Eləcə də ötən il bu olimpiadada fərqlənmiş daha 30 nəfər həvəsləndirici mükafatlara layiq görülüb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl