SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb
Sentyabrın 25-də Təhsil naziri Emin Əmrullayev “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb. Görüşdə “Cisco” şirkətinin Azərbaycan üzrə Qlobal İnnovasiya direktoru Ramil Eyyubov və şirkətin ərazi üzrə məsul meneceri Fərid Zeynalov iştirak ediblər.
Görüşdə “Cisco” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda təhsil sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycan Təhsil Şəbəkəsinin quruluşu çərçivəsində “Cisco” şirkəti ilə yaxından əməkdaşlıq edilib. Şirkətin təqdim etdiyi həllər vasitəsilə təhsil müəssisələrində İP-telefoniya, videokonfrans rabitə sistemi, vahid təhsil platforması yaradılıb. Cari ildə tətbiq olunmuş “Cisco Umbrella” texnologiyası vasitəsilə Azərbaycan Təhsil Şəbəkəsinin təhlükəsizliyi və məzmununun süzgəclənməsi keyfiyyətlə gücləndirilib.
Bildirilib ki, hazırda “Cisco” şəbəkə akademiyalarının Azərbaycanda sayı 13-ə çatdırılıb. Keçən tədris ilində Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində açılmış akademiya vasitəsilə “Cisco” şirkətinin təhsil məzmunu tədris planına inteqrasiya olunub və digər peşə təhsili müəssisələrinin təhsilverənləri üçün ixtisasartırma tədbirləri təşkil edilib. Akademiyalarda İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi, həmçinin kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kursları keçirilir.
Bununla yanaşı, ötən tədris ilində şirkətlə əməkdaşlıq çərçivəsində Bakı şəhəri 46 nömrəli tam orta məktəbdə "Connected School" pilot layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində seçilmiş pilot məktəbin “Cisco” avadanlıqları və proqram təminatı ilə təmin edilib, təhsil müəssisəsinin şagird, müəllim və inzibati-idarəetmə heyəti üçün təlimlərin təşkil olunub, idarəetmə və tədris prosesində informasiya texnologiyalarından effektiv istifadəyə nail olmaq məqsədi ilə sistemli işlər həyata keçirilib.
Tərəflər əməkdaşlığın davam etdirilməsi və birgə yeni layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıblar. Müzakirə nəticəsində “Cisco” təcrübəsinin, innovativ həll və texnologiyalarının təhsil sahəsində tətbiqi üzrə işlərin aparılması nəzərdə tutulub.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl