SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Mayın 26-da “Ankara məktəbi” məktəb-liseyində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”na uyğun olaraq ölkəmizin şəhər və rayonları üzrə orta məktəblərin VIII-X siniflərində təhsil alan istedadlı şagirdlərdən ən istedadlılarının riyaziyyat fənnindən son seçim turu aparılıb.
Təhsil naziri Misir Mərdanov tədbirdə çıxış edərək öncə qeyd olunan Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlərdən, xüsusi istedada malik uşaqların aşkarlanması istiqamətində reallaşdırılan tədbirlərdən danışıb. Ölkəmizdə təhsil sahəsinə göstərilən dövlət qayğısını önə çəkən nazir onu da əlavə edib ki, “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”nın icrası ilə əlaqədar Təhsil Nazirliyinin Fəaliyyət Planı təsdiq edilib. Misir Mərdanov xüsusi istedadlıların seçim turunun aparılmasının da məhz bu plan əsasında həyata keçirildiyini vurğulayıb. Daha sonra nazir qeyd edib ki, seçim turu iki gün ərzində riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə aparılacaq, riyaziyyat üzrə son seçim turunda VIII-X siniflərdə təhsil alan 353 şagird iştirak edir. Bu tədbirin üç ildir həyata keçirildiyini bildirən Misir Mərdanov şagirdlərin 3 saat ərzində 50 tapşırıq həll edəcəklərini, cavabların Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcəyini açıqlayıb.
Təhsil naziri maraqlı fakt kimi onu da qeyd edib ki, iştirakçılar arasında 4-cü sinifdə təhsil alan şagird də var. Digər əsas bir məqamı da diqqətə çatdıran Misir Mərdanov hər il iştirakçıların sayının artdığını, builki iştirakçıların sayının əvvəlki 2 ildəki iştirakçıların birgə sayına bərabər olduğunu xüsusilə vurğulayıb. Çıxışının sonunda nazir xüsusi istedada malik uşaqlar üçün nəzərdə tutulan digər tədbirlərdən də söz açıb və seçim turunun iştirakçılarına qarşıdakı yarışda uğurlar arzulayıb.
Sonra seçim turu öz işinə başlayıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl