SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadasından 6 medal
9-13 sentyabr tarixlərində virtual formatda Yeniyetmələrin 24-cü Balkan riyaziyyat olimpiadası (http://www.massee-org.eu/index.php/mathematical/jbmo/item/138-the-jbmo-2020-local-website) təşkil edilib.
18 ölkədən 108 iştirakçının qatıldığı müsabiqədə iştirak edən şagirdlərimiz uğurlu nəticə əldə ediblər. Belə ki, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Toğrul Abbasov qızıl, həmin liseyin IX sinif şagirdi Amin Cəfərzadə, Bakı şəhəri 257 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Fidan Qarayeva, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Elçin Musazadə gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi Cəlil Hüseynov və IX sinif şagirdi Şamil Mantaşlı isə bürünc medal qazanıblar.
Qeyd edək ki, bu olimpiadadan qazanılan 6 medalla birlikdə 2020-2021-ci tədris ilinədək ümumilikdə 2 qızıl, 17 gümüş və 22 bürünc medal əldə olunub.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl