SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dərsliklərin qiymətləndirilməsi sahəsində mütəxəssis xidməti
Ümumi təhsil müəssisələri üçün nəzərdə tutulan dərsliklərin qiymətləndirilməsi sahəsində mütəxəssis xidmətləri tələb olunur.
Bildirək ki, dərsliklərin qiymətləndirilməsi “Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən 100 ballıq şkala əsasında həyata keçirilir.
Seçilmiş mütəxəssislər dərsliyin təhsil proqramına (kurikuluma) uyğunluğunu, dərsliyə daxil edilmiş materialların elmi etibarlılığı, dəqiqliyi, inkişafyönümlülüyü, tərbiyəyönümlülüyü, dəyəryönümlülüyü, şagirdlərin yaş xüsusiyyətlərinə uyğunluğu, dərslikdə nəzərdə tutulan pedaqoji və metodiki yanaşmaların qabaqcıl nəzəriyyələrə uyğunluğu, dizayn və tərtibatın məntiqliyi, estetikliyi və müasirliyini qiymətləndirəcəklər.
Namizədlər müraciət etdiyi fənni göstərərək elana əlavə olunmuş formada öz qısa avtobioqrafiyasını (CV) avqustun 31-dək vusala.aliyeva@edu.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Ətraflı məlumatı müvafiq elan vasitəsilə əldə edə bilərsiniz.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl