SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Türkiyənin Milli Təhsil Nazirliyi ilə peşə təhsili üzrə əməkdaşlıq çərçivəsində videokonfrans
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və Türkiyənin Milli Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində onlayn görüş təşkil edilib.
Təhsil Nazirliyi, Türkiyə Respublikası Xarici İşlər Nazirliyi, Texniki və Peşə Təhsili İdarəsi, bir sıra peşə təhsili müəssisələrinin nümayəndələri videokonfrans formatında təşkil edilən görüşə qatılıblar.
Görüş zamanı peşə təhsili sahəsində iki ölkə arasında hazırkı əməkdaşlıq vəziyyəti, qarşılıqlı yüksək səviyyəli səfərlərin əməkdaşlığa töhfəsi, ötən ilin oktyabr ayında Türkiyə Respublikası Milli Təhsil nazirinin ölkəmizə səfəri zamanı ölkə rəhbərliyi tərəfindən qəbul edilməsi məsələlərinə toxunulub. Görüşün əsas mövzusu iki ölkənin təhsil nazirlikləri arasında peşə təhsili sahəsində əməkdaşlığa dair anlaşma memorandumunun imzalanmasından ibarət olub. Tərəflər peşə təhsilinin inkişafı ilə bağlı birgə layihələrin reallaşdırılması imkanlarını vurğulayıb və perspektivlərini müzakirə ediblər.
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl