• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil Nazirliyinin layihəsi YUNESKO-nun onlayn platformaları arasında

Azərbaycanda tətbiq edilən təhsil platforması YUNESKO-nun rəsmi saytında təqdim edilən siyahıda yer alıb. Belə ki, dünyada COVID-19 koronavirus pandemiyasının yayılması ilə əlaqədar YUNESKO-nun rəsmi saytında (https://en.unesco.org/covid19/educationresponse/solutions) şagirdlərin öyrənmə prosesini asanlaşdırmaq məqsədilə distant təhsil platformaları, elektron portallar və təlim tətbiqetmələrinin siyahısı təqdim edilib. Ölkəmizdə tətbiq edilən hesablama təfəkkürü və riyazi bacarıqların inkişafına xidmət edən  “Polyup” platforması da bu siyahıya daxil edilib. 

2015-ci ildə Stanford Universitetinin professorları tərəfindən təsis olunmuş “Polyup” platforması real həyatda problemlərin səmərəli üsullarla həllinə yönəlmiş ödənişsiz və hər kəsə açıq olan oyun tipli təhsil platformasıdır. Platforma hazırda 70-dən çox ölkədə istifadə edilir (ABŞ, Oman, Yunanıstan, Böyük Britaniya Krallığı, Azərbaycan, İspaniya, Fələstin və s.) və Azərbaycan dili də daxil olmaqla 26 dildə fəaliyyət göstərir. 

2018-ci ilin dekabr ayından etibarən Azərbaycanda 90 məktəbdən ümumilikdə 1000-dən çox müəllim və 10 000 şagird “Polyup” layihəsinə qoşularaq fəal şəkildə respublika üzrə keçirilən müsabiqələrdə iştirak edirlər. 2019-cu ilin fevral ayından başlayaraq Azərbaycan üzrə 10 “Poly” müsabiqə həyata keçirilib. Müsabiqələrdə qalib gələn müəllim və şagirdlər müxtəlif qiymətli hədiyyə və sertifikatlarla təltif olunublar. Bundan əlavə, müəllim və şagirdlərin portal vasitəsilə beynəlxalq müsabiqələrdə iştirak imkanları da mövcuddur. 

Qeyd edək ki, hazırda Təhsil Nazirliyi “Polyup” platformasındakı resursları teledərslərə və www.video.edu.az portalında yerləşən digər videoresurslara da inteqrasiya edir. Nəticədə şagirdlər dərs mövzuları üzrə virtual olaraq genişləndirilmiş reallıqda obyektləri dəyişərək riyaziyyat və kompüter elminin onların həyatına təsirini əyani şəkildə anlayırlar. Ölkəmizdə tətbiq olunan bu təcrübədən artıq digər ölkələrdə də faydalanırlar.


5 il əvvəl