SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
#birteshekkur ilə minnətdarlığı bildir!
Təhsil Nazirliyinin “Bir” tələbə-könüllü proqramının təşəbbüsü ilə #birteshekkur adlı onlayn fləşmob davam etdirilir.
Onlayn fləşmob koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə mübarizə aparan görünən və görünməyən qəhrəmanlara həsr olunub. İnsanlar onlayn fləşmoba qoşularaq bu şəxslərə öz təşəkkürlərini bildirirlər.
Martın 25-də “Görünən və görünməyən qəhrəmanlara #birteshekkur” devizi ilə başladılan kampaniyaya Bakı ilə yanaşı Gəncə, Mingəçevir, Lənkəran, Şamaxı, Quba, Masallı, Sumqayıt, Göyçay və Şəki sakinləri də dəstək veriblər.
Onlayn fləşmoba qoşulmaq üçün sən də:
• Sosial şəbəkədəki şəxsi səhifəndə görünən və görünməyən qəhrəmanlar üçün xoş sözlərini yazaraq və ya video, şəkillə ifadə edərək post paylaş;
• #birteshekkur və #birkonullu həştəqlərini əlavə et;
• Minimum 3 könüllü dostunu posta işarələyərək onları da fləşmoba dəvət et;
• Postunu hamıya açıq şəkildə (public) paylaş.
Sizi də fləşmoba qoşulmağa, görünən və görünməyən qəhrəmanlara #birteshekkur etməyə dəvət edirik!
5 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl