• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş mini futbol üzrə açıq birincilik

“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş mini futbol üzrə açıq birincilik keçirilib.

Birinciliyin keçirilməsində məqsəd Xocalı soyqırımı qurbanlarının xatirəsinin anılması, futbol idman növünün məktəblilər arasında təbliğ edilməsi, müvafiq yaş qrupu üzrə mərkəzin yiğma komandasının formalaşdırılmasından ibarət olub.

Tədbirin açılış mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib, törədilən faciə ilə bağlı məktəblilərə məlumat verilib.

2008-2009-cu təvəllüdlü oğlanlar arasında keçirilən yarışda 8 komanda olmaqla 100-ə yaxın məktəbli mübarizəyə qoşulub.

Birincilikdə I və II yerə “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin komandaları, III yerə “Təhsil” Respublika İdman Mərkəzinin 8 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandası layıq görülüb.

Qaliblər kubok, medal və diplomlarla təltif edilib.


5 il əvvəl