• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Peşə təmayüllü siniflərin şagirdləri təcrübə səfərində

Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonunun ümumi təhsil müəssisələrinin peşə təmayüllü siniflərinin şagirdləri üçün təcrübə səfəri təşkil olunub. Təcrübə səfərinə 9 ümumi təhsil müəssisəsindən  200-ə yaxın şagird cəlb edilib.

Səfərin təşkil edilməsinin əsas məqsədi şagirdləri potensial iş yerləri ilə tanış etmək və ixtisaslarla bağlı real iş mühitini göstərməkdir.

Təcrübə “Hilton Baku” oteldə həyata keçirilib. Şagirdlər kiçik qruplara bölünərək otelin qeydiyyat, mətbəx, restoran, texniki şöbə və təhlükəsizlik departamentlərində təlim keçərək iş prosesi ilə yaxından tanış olublar. Hər bir qrup öz departamenti ilə tanışlıqdan sonra rotasiya üsulu ilə digər departamentlərlə tanış olmaq imkanı əldə ediblər.

Qeyd edək ki, Təhsil İnstitutunun icra etdiyi "Ümumtəhsil məktəblərində peşə təmayüllü siniflərin təşkili" layihəsi çərçivəsində Təhsil Nazirliyi tərəfindən 2019-2020-ci tədris ili üçün Bakı, Abşeron, Sumqayıt, Gəncə, Şirvan, Masallı, Cəlilabad, Xaçmaz, Salyan, Biləsuvar, Şəki, Qusar, Şəmkir və Sabirabadda yerləşən 20 ümumi təhsil müəssisəsində şagirdlərin peşə seçiminə və əmək fəaliyyətinə hazırlanması istiqamətində peşə təmayüllü siniflər təşkil edilib. Peşə təmayüllü siniflərin yaradılmasında məqsəd X-XI sinif şagirdlərinin peşə ixtisaslarına aid səriştələrinin inkişaf etdirilməsi və peşələr üzrə ilkin bilik və bacarıqlarla təmin olunması yolu ilə əmək bazarına hazırlanmasının təmin edilməsidir.


5 il əvvəl