SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Nazir müavini STEAM layihəsinin tətbiq olunduğu məktəblərdə
Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “STEAM Azerbaijan” layihəsi çərçivəsində görülən işlərlə tanışlıq üçün Bakı şəhəri 220, 245 və 114 nömrəli tam orta məktəblərdə olub.
Nazir müavini STEAM dərslərini tədris edən müəllimlərlə görüşüb, STEAM məzmununun mənimsənilmə səviyyəsi, yeni metodologiya, konsepsiya və yanaşmaların müəllimlər tərəfindən tətbiqi ilə maraqlanıb. Həmçinin təhsilalanların dərs prosesi zamanı hazırladıqları əl işləri və kiçik layihələrlə tanış olub.
Daha sonra STEAM dərslərinin tədrisi və gözləntilərə dair geniş müzakirələr aparılıb.
Qeyd edək ki, 2019-2020-ci tədris ilindən etibarən 42 ümumtəhsil məktəbində “STEAM Azerbaijan” layihəsinin tətbiqinə başlanılıb.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl