• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Qubadlı rayonu Çaytumas kənd məktəb-liseyi – fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Qubadlı rayonu Çaytumas kənd məktəb-liseyindəndir.

Məktəb 1930-cu ildən ibtidai, 1970-ci ildən isə tam orta məktəb olaraq fəaliyyət göstərib.1993-cü ildən 2004-cü ilə qədər fəaliyyətini Sumqayıt şəhər 29 nömrəli tam orta məktəbin nəzdində davam etdirib. 2004-cü ildə yeni inşa olunan tədris binasına köçürülən məktəb Təhsil Nazirliyinin müvafiq əmri ilə həmin ildən texniki fənlər təmayüllü məktəb-lisey adı ilə fəaliyyətini davam etdirir.

           Məktəb-liseydə tədris resursları ilə zəngin fənn kabinetləri, geniş stadion, idman, akt zalları, kompüter kabineti var. Hazırda məktəb-liseydə 581 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 40-a yaxın müəllim məşğul olur. Ali məktəblərə qəbul göstəricilərinə əsasən, təhsil müəssisəsi respublikanın ən yaxşı məktəbləri sırasına daxil edilib. 2018-2019-cu tədris ilində məktəb-liseyi bitirən 34 məzunun hər biri tələbə adını qazanıb. Təhsil ocağının şagirdləri hər il respublika səviyyəli layihələrdə yaxından iştirak edərək uğur əldə edirlər. Təhsil müəssisəsinin müxtəlif illərdə respublikanın ictimai-siyasi həyatında, eləcə də elm sahəsində, əmək cəbhəsində çalışaraq yüksək səviyyəli orden və medallarla təltif olunan məzunları var.

Qeyd edək ki, "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.


6 il əvvəl