• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Günəşə doğru” adlı ədəbi-bədii kompozisiya keçirilib

Dekabrın 25-də Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Günəşə doğru” adlı ədəbi-bədii kompozisiya keçirilib.

Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə Təhsil nazirinin müavini İdris İsayev, Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədr müavini Amil Əlili, Xəzər Rayon İcra Hakimiyyətinin birinci müavini Elşən Qurbanov, tanınmış ictimaiyyət nümayəndələri, peşə təhsili mərkəzlərinin direktorları, incəsənət nümayəndələri və digər şəxslər iştirak ediblər.

İştirakçılar əvvəlcə Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin zərgər, kostyum ustası və dərzi , interyer və eksteryerin bədii tərtibatçı qruplarının əl işlərindən ibarət sərgi ilə tanış olublar.

Daha sonra tələbələrin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub. Ədəbi-bədii kompozisiyada tələbələrin ifasında ilk insan yaranışı İmadəddin  Nəsiminin qəzəllərində təcəssüm olunmuş ilahi yaranış, od, su, torpaq fəlsəfəsinin səhnə həlli nümayiş olunub.

Tədbirin sonunda Təhsil nazirinin müavini İdris İsayev və digər qonaqlar çıxış edərək lisey tələbələrinin təqdim etdikləri bu kompozisiyadan məmnunluqlarını ifadə ediblər.


6 il əvvəl