• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Məktəbimizdə” – fotorubrika

Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Qubadlı rayonu Qaralar kənd tam orta məktəbindəndir. Təhsil ocağı 1986-cı ildə Qubadlı rayonunun Qaralar kəndində 8 illik məktəb kimi fəaliyyətə başlayıb. 1987-ci ildən isə tam orta məktəb statusu alan ümumi təhsil müəssisəsi 1993-cü ilin sentyabr ayından Sumqayıt şəhərində fəaliyyətini davam etdirib.

2001-2002-ci tədris ilindən isə Bakı şəhəri, Suraxanı rayonu, Ramana qəsəbəsində yeni tikilmiş binada fəaliyyət göstərir. İki korpusdan ibarət olan tədris binası hər cür şəraitlə təmin olunub. Hazırda məktəbdə təhsil alan 640 nəfər şagirdin təlim-tərbiyəsi ilə 41 nəfərdən ibarət pedaqoji işçi heyəti məşğul olur.

Son illərdə məktəbi bitirən şagirdlərin 80-90 faizi ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr əldə ediblər. 2018-2019-cu tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak edən məzunların 16 nəfərindən 15-i tələbə adını qazanıb, bununla da məktəb məzunlarının ali təhsil müəssisələrinə qəbul göstəricisi 94 faiz  olub. Dövlət İmtahan Mərkəzi tərəfindən məzunların ali təhsil müəssisələrinə qəbulu ilə bağlı aparılan təhlillərin nəticəsinə görə, qeyd olunan məktəb dəfələrlə respublikanın ən yaxşı məktəbləri sırasına daxil edilib.

Məktəbin şagirdləri respublika səviyyəli layihələrdə iştirak etməklə bir çox uğurlar qazanıb, müxtəlif dərəcəli diplom və mükafatlara layiq görülüblər.

"Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.


6 il əvvəl