• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Filarmoniyada növbəti xeyriyyə konserti 

Dekabrın 5-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında beynəlxalq müsabiqələr laureatı, Macarıstanlı musiqiçi Erdi Tamaş və Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin xeyriyyə konserti təşkil olunub.

Konsert Macarıstanın ölkəmizdəki səfirliyi və “Nargis” Fondunun birgə təşkilatçılığı ilə reallaşıb.

Macarıstanın ölkəmizdəki səfiri Viktor Sederkenyi çıxış edərək iki ölkə arasında mədəni əlaqələrdən danışıb. Bildirib ki, belə tədbirlər qarşılıqlı əməkdaşlığın inkişafına töhfə verir.

Tədbirdə iştirak edən Təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan və Macarıstan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələrindən söz açaraq bildirib ki, bu əlaqələr yüksək səviyyədə inkişaf edir, mövcud ikitərəfli əməkdaşlıq daha da genişləndirilib. Nazir müavini deyib ki, 600-dən çox Azərbaycan vətəndaşı Macarıstan hökumətinin təqaüdü ilə ali təhsilin müxtəlif səviyyələri üzrə həmin ölkədə təhsil almaq hüququ qazanıb. Firudin Qurbanov iki ölkənin ali təhsil müəssisələri arasında mövcud sıx əməkdaşlığa da diqqət çəkib.

Nazir müavini ötən il də Macarıstan səfirliyinin təşkilatçılığı ilə eyni məzmunlu xeyriyyə konsertinin təşkil olunduğunu, tədbirdən toplanmış bütün vəsaitin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi üçün Brayl çap maşının əldə olunmasına yönəldiyini xatırladıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov çıxışının sonunda  xeyriyyə məzmunlu tədbirin təşkilinə görə təşkilatçılara təşəkkür edib.

Daha sonra Bakıda ilk dəfə konsert proqramı ilə çıxış edən, uşaq ikən görmə qabiliyyətini itirən Tamaş Erdi azərbaycanlı həmkarı Əyyub Quliyevlə səhnəni paylaşıb.

Konsertin xeyriyyə məqsədinə dəstək olaraq tədbirin bədii hissəsindən sonra Dövlət Filarmoniyasının foyesində Macarıstan səfirliyi tərəfindən kiçik xeyriyyə yarmarkası təşkil olunub. Yarmarkada tədbirə özəl gətirilmiş qış mövsümünün başlanğıcını simvolizə edən Macarıstan təamları və şirniyyatları satışa çıxarılıb.

Qeyd edək ki, konsertin bilet satışından əldə olunan gəlir Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin ehtiyaclarının qarşılanması və sağlamlıq imkanları məhdud olan uşaqlar və 5 nömrəli xüsusi internat məktəbinin şagirdləri üçün Brayl lövhələrinin alınmasına yönləndiriləcək.


6 il əvvəl