• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Müəllimlər İsraildə “STEAM” təlimində

Təhsil Nazirliyinin “ORT İsrael” məktəblər şəbəkəsi ilə əməkdaşlığı çərçivəsində 50 nəfər təhsil mütəxəssisinin İsrailə səfəri davam edir.

Səfər çərçivəsində İsraildən olan mütəxəssislər tərəfindən STEAM mövzusundakı proqramın Azərbaycan kurikulumlarına uyğunlaşdırılması, bu məzmunun ölkəmizdən olan  mütəxəssislərə çatdırılması və məktəblərdə tətbiqi ilə bağlı müəllimlərə metodik dəstək göstərilir. Müəllimlər PBL (Project Based Learning – Layihə Əsaslı Öyrənmə), Mobil Öyrənmə, Engineering Design Process (Mühəndisliyin Dizayn Prosesi), Nanotexnologiya, Neuroscience, Refleksiya, eləcə də digər öyrənmə metod və vasitələrdən istifadə etməyi öyrənirlər.

24 günlük təlim çərçivəsində ORT Tiv`, Kfar-Galim, ORT Kiryat Motzkin, ORT Achva Gilboa məktəblərinə infoturlar təşkil edilib. Məktəblərdə "High Tech" və "Low Tech" laboratoriyaları da fəaliyyət göstərir. Həmin  məktəblərdə əsas fənlərdən əlavə elektronika, kompüter texnologiyaları, robotexnika və aqrotexnologiyalar tədris olunur.

Həmçinin mütəxəssislər üçün Tel-Əviv elm muzeyinə də ekskursiya təşkil olunub. Muzeyin tərkibində olan Elektrik Mühəndislik Laboratoriyasında müəllimlər kiçik layihələr üzərində işləyiblər. Təlimə qatılan müəllimlər "Personal Practice" və "Escape Box" Kvest Texnologiyalar seminarlarında iştirak ediblər.

Qeyd edək ki, STEAM (Science, Technology, Engineering, Art and Mathematics) təlimi dekabrın 10-na kimi davam edəcək. 


6 il əvvəl