SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Müəllimlər İsraildə STEM təlim kursunda
Təhsil Nazirliyinin “ORT İsrael” məktəblər şəbəkəsi ilə əməkdaşlığı çərçivəsində 50 nəfər təhsil mütəxəssisi İsraildə təşkil edilmiş 24 günlük STEM (Science, Technology, Engineering and Mathematics) təlim kursuna qatılıb.
Səfər çərçivəsində İsraildən olan mütəxəssislər tərəfindən STEM mövzusunda olan proqramın Azərbaycan kurikulumlarına uyğunlaşdırılması, bu məzmunun ölkəmizdən olan mütəxəssislərə çatdırılması və məktəblərdə tətbiqi zamanı müəllimlərə metodik dəstəyin göstərilməsi nəzərdə tutulub.
Təlim kursunda Təhsil Nazirliyinə, eləcə də Bakı Şəhəri üzrə Təhsil İdarəsinə tabe olan məktəblərdən və bir sıra rayonlardan müəllimlər iştirak edirlər.
Təlimlər ümumtəhsil məktəblərinin müəllim-pedaqoji heyətinin, eləcə də təhsilin idarə olunması sahəsində çalışanların dünyanın bir sıra universitetlərində, təhsil mərkəzlərində təşkil edilmiş təlim və konfranslarda iştirak etməsi onların peşə hazırlığının artırılması, bu sahədə qabaqcıl təcrübənin öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl