• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Azərbaycan Vətənimdir” adlı rəqs festivalı

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan  Vətənimdir” adlı rəqs festivalı keçirilib.

Festivalda 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Təbəssüm” rəqs qrupu ilə yanaşı, Sumqayıt şəhər 1 nömrəli, Quba rayonu, Salyan şəhər və Gəncə şəhər uşaq-gənclər inkişaf mərkəzlərinin bədii özfəaliyyət kollektivləri, eləcə də Gürcüstandan dəvət olunmuş “Ceyran” rəqs ansamblı iştirak edib.

Festivalın keçirilməsində məqsəd mədəni irsimizi, folklorumuzu uşaqlara sevdirmək, milli rəqslərimizin gözəlliklərini, incəliklərini nümayiş etmək, uşaq-gənclər inkişaf mərkəzləri arasında dostluq körpüsünü möhkəmləndirmək  və təcrübə mübadiləsini artırmaqdır. 

Festival çərçivəsində rəqs qruplarının nümayiş etdirdiyi nömrələr maraqla qarşılanıb.

Sonda rəqs qrupunun üzvləri və xoreoqraflar diplom və hədiyyələrlə  təltif olunublar.


6 il əvvəl