• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Daşkəsən rayonu Mollahəsənli kənd tam orta məktəbinin coğrafiya müəllimi Cəmilə Əliyevaya həsr olunub. O, 2019-cu ildə müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edərək 50 bal toplayıb.

Cəmilə Əliyeva deyir ki, dünyanı kəşf etmək arzusu onun coğrafiya müəllimi olmaq istəyini, bu fənnə olan sevgisini daha da artırıb. Şagirdlərinə də bu sevgini aşılamağa çalışan Cəmilə müəllim deyir ki, hər müəllim bu peşənin müqəddəsliyini və məsuliyyətini dərindən dərk etməlidir. Çünki hər bir şəxsin həyatda formalaşmasında, tərbiyələnməsində müəllimin əməyi, zəhməti çox böyükdür.

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.


6 il əvvəl