• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsil naziri Ceyhun Bayramov Türkiyənin Milli Təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Təhsil naziri Ceyhun Bayramovun dəvəti ilə Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Səfər çərçivəsində qonaqlar Fəxri xiyabana gedərək ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət olunub. Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsi anılıb, məzarları üzərinə qərənfillər düzülüb, həmçinin Şəhidlər xiyabanında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış "Türk şəhidliyi" abidəsi ziyarət edilib.

Qonaqlar həm də 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edib, bir sıra təhsil müəssisələrində olublar.

Oktyabrın 11-də Təhsil naziri Ceyhun Bayramov Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil naziri Ceyhun Bayramov qonaqları ölkəmizdə qarşılamaqdan məmnunluğunu və bu görüşün iki qardaş ölkə arasında əlaqələrin möhkəmlənməsində mühüm addım olduğunu bildirib. Nazir 31 oktyabr 2017-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”dən irəli gələn müddəaların həyata keçirilməsi istiqamətində müntəzəm olaraq fəaliyyətin davam etdirildiyini, Saziş çərçivəsində Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsinin bir çox istiqamətləri üzrə sıx əməkdaşlıq əlaqələrinin həyata keçirildiyini vurğulayıb. Həmçinin Ceyhun Bayramov iki ölkənin ali təhsil müəssisələri arasında sıx əlaqələrin olduğunu və geniş tələbə mübadiləsinin aparıldığını qeyd edib.

Öz növbəsində Türkiyə Respublikasının Milli Təhsil naziri Ziya Selçuk dəvətə və səmimi qarşılanmaya görə təşəkkürünü bildirib. O, həmçinin yüksək səviyyədə təşkil edilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak etməkdən məmnun olduğunu və bu sərginin təhsil sahəsində yeniliklərin mübadiləsində mühüm rol oynadığını vurğulayıb.

Görüşdə təhsil sahəsinə dair geniş fikir mübadiləsi aparılıb, Azərbaycan və Türkiyə arasında təhsil sahəsində, o cümlədən peşə təhsili sahəsində əməkdaşlıq istiqamətləri və gələcək perspektivlər müzakirə edilib.


6 il əvvəl