• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Tvinninq layihəsi çərçivəsində ekspertlərin səfəri

Tvinninq layihəsinin “AzMKÇ nəzərə alınmaqla kompetensiya və bacarıqlara əsaslanan nailiyyətlərin təsvir edilməsi məqsədi ilə prioritet sahələrdəki proqramların təhsil standartlarının təkmilləşdirilməsi üzrə tövsiyələrin verilməsi” adlı 1.5 nömrəli fəaliyyəti çərçivəsində altıncı missiya həyata keçirilib.  

Missiya çərçivəsində Fransanın Burqundiya Universitetinin professoru Mişel Narke və Litvanın Avropa Sosial Fond Agentliyinin biologiya üzrə təhsil proqramları sahəsində ixtisaslaşmış eksperti Trine Meza Johansen ölkəmizə səfər edib.

Missiyanın məqsədi biologiya ixtisası üzrə dövlət standartının yenilənməsi və bu sahədəki ixtisasların milli təsnifatının yaxşılaşdırılması üzrə tövsiyələrin verilməsindən ibarət olub.

Missiya çərçivəsində ekspertlər Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin professor-müəllim heyəti ilə görüşüb, sözügedən standartın yenilənməsi ilə bağlı onların rəy və təkliflərini öyrənib, eləcə də fakültənin maddi-texniki bazası ilə tanış olublar.

Missiya nəticəsində ekspertlər biologiya ixtisası üzrə dövlət standartında əksini tapmış peşə kompetensiyalarını yeniləyib, burada maddi-texniki baza üzrə minimal tələbər və məzunlar üçün potensial məşğulluq sahələrini müəyyən ediblər. Ekspertlər həmçinin biologiya sahəsi üzrə ixtisasların təsnifatının yaxşılaşdırılması istiqamətində tövsiyələr də veriblər.

Qeyd edək ki, dövlət standartının yenilənməsi zamanı ekspertlər dövlət standartlarının Tvinninq layihəsinin ekspertləri tərəfindən kompetensiya əsaslı yanaşmaya uyğun olaraq işlənib hazırlanmış yeni formatından istifadə ediblər.


6 il əvvəl