• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir

Beynəlxalq Ahıllar Günü münasibətilə Bakının Bilgəh qəsəbəsində yerləşən müharibə və əmək əlilləri üçün pansionatın sakinləri ilə görüş keçirilib.

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dəstəyi ilə keçirilən görüşdə Mərkəzin dərnək üzvləri, 1 saylı uşaq evinin sakinləri, təşkilatın könüllüləri iştirak edib.

Tədbirdə əyləncəli proqram, müsabiqə və yarışlar keçirilib, qaliblər mükafatlandırılıb. Uşaqların ifasında səhnəcik, rəqs və bədii qiraət nümunələri görüşə xüsusi rəng qatıb.

Sonda dərnək üzvləri öz əl işləri olan hədiyyə və açıqcaları, yazdıqları məktubları ahıllara təqdim edib.

Görüşün keçirilməsində məqsəd əlamətdar gündə pansionatın sakinlərinə xoş ovqat bəxş etmək, valideyn himayəsindən məhrum olmuş uşaqlarla ahıl və tənha insanları bir araya gətirmək, onlar arasında səmimi ünsiyyətin qurulmasına zəmin yaratmaq, kiçik yaşlı uşaqlarda yaşlılara hörmət və mərhəmət hisslərini daha da artırmaq, onlara diqqət və qayğı göstərmək kimi müsbət keyfiyyətləri aşılamaqdan ibarət olub.


6 il əvvəl