SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şəki şəhəri 3 nömrəli tam orta məktəbin riyaziyyat və informatika müəllimi Gülbəniz İsrafilovaya həsr olunub.
Bu peşəni seçdiyi üçün özünü xoşbəxt sayan Gülbəniz İsrafilova deyir ki, müəllimin savadı, qabiliyyəti, davranışı və sagirdlərinə olan sevgisi cəmiyyəti qane edirsə, o müəllim heç vaxt seçimindən narazı qala bilməz. Gülbəniz İsrafilova müəllim kimi həmişə el-oba içərisində böyük hörmət, rəğbətlə qarşılandığını deyir.
Gülbəniz müəllim pedaqoji fəaliyyəti dövründə bir neçə nominasiya və təltiflərə layiq görülüb. Belə ki, 2015-ci ildə Təhsil Nazirliyi tərəfindən keçirilən “Elektron Təhsil” Respublika müsabiqəsində “Elektron lövhələrin istifadəsi ilə yaradılan ən yaxşı resurs” nominasiyası üzrə I yerə layiq görülüb.
Gülbəniz müəllim 2017-ci ildə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində riyaziyyat müəllimləri arasında rayon birincisi olub. Çalışdığı məktəbdə informatika fənnini də tədris etmək üçün bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatılıb və yüksək nəticə göstərib.
Gülbəniz İsrafilova “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl