SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Rumıniyada təhsil alacaq şəxslərin adları təsdiqlənib
Rumıniyanın Milli Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair bağlanmış müqavilə əsasında 2019-2020-ci tədris ili üzrə Rumıniya ali təhsil müəssisələrində təhsil üçün keçirilmiş müsabiqənin nəticələri elan edilib. Nəticələrə görə, 2 Azərbaycan vətəndaşının namizədliyi müsbət qiymətləndirilib.
Qalib namizədlər Rumıniyanın “University Oil Gas Ploiesti” və “University of Bucharest” ali təhsil müəssisələrində magistratura səviyyəsində mühəndislik və humanitar ixtisas istiqamətləri üzrə təhsil alacaqlar.
Qeyd edək ki, təqaüd proqramının tələblərinə uyğun olaraq, tələbələr 1 il müddətində ödənişsiz rumın dili hazırlığına cəlb olunacaqlar. Bununla yanaşı, onların təhsil haqqı, yataqxana xərci, aylıq təqaüd və tibbi sığorta xərcləri Rumıniya tərəfindən, yol xərci isə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən qarşılanacaq.
Məlumat üçün bildiririk ki, müvafiq təqaüd proqramı barədə cari ilin 27 fevral tarixində elan verilib.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl