• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Nazir müavini Şamaxıda vətəndaşları qəbul edib

Sentyabrın 20-də Təhsil nazirinin müavini Firudin Qurbanov Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində Şamaxı və Qobustan rayon sakinlərini qəbul edib.

2019-cu ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilən qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu, dərs saatlarının artırılması, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər məsələlərlə bağlı müraciət ediblər.

Daha sonra Firudin Qurbanov Şamaxı rayon Uşaq-Gənclər İdman-Şahmat məktəbində yaradılmış şəraitlə tanış olub, məktəbin müəllim heyəti ilə görüşüb və öz tövsiyələrini verib.

Nazir müavini həmçinin Şamaxıda yerləşən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində və Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində olub. Firudin Qurbanov Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzində Şamaxı və Qobustandan olan gənc müəllimlərlə görüş keçirib, onlara ölkəmizdə həyata keçiriən təhsil islahatları barədə danışıb, öz tövsiyələrini verib.


6 il əvvəl