• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

“Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində “Bilik günü”

Sentyabrın 16-da Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsi çərçivəsində yeni tədris ilinin başlanması münasibətilə “Bilik günü” tədbiri keçirilib.

Tədbirdə Təhsil nazirinin müşaviri Nigar Bağırlı, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, Nəsimi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Xalid Kərimov, Yeni Azərbaycan Partiyasının Nəsimi Rayon Təşkilatının sədri müavini, İdarə Heyətinin üzvü Azər Süleymanov, layihənin əməkdaşları və şagirdlər iştirak ediblər.

Tədbirdə qeyd edilib ki, “Müalicə alan məktəbyaşlı uşaqların distant təhsili” layihəsinin məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların fasiləsiz və keyfiyyətli ümumi təhsil almaq hüququnu təmin etməkdir. Həmçinin, layihə uşaqların cəmiyyətə inteqrasiyasına dəstək vermək, onların İKT savadlarının artırılmasına nail olmaq və öz potensiallarını nümayiş etdirmək üçün şərait yaratmaq məqsədi daşıyır.

Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbusü, Təhsil Nazirliyi və Səhiyyə Nazirliyinin dəstəyi ilə “Nobel-T” şirkəti tərəfindən icra olunan layihə çərçivəsində uşaqlar müalicə dövründə maraqlı və yaradıcı təhsil imkanlarından bəhrələnib və onların virtual mühitdə sosial həyata adaptasiyasına şərait yaradılıb. 

Layihəni müsbət qiymətləndirən qonaqlar uşaqları yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, onlara uğurlu tədris ili arzulayıblar. 

Tədbirin sonunda uşaqlara tərifnamələr və müxtəlif hədiyyələr təqdim olunub.


6 il əvvəl