• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Masallıda məktəb binalarının açılışı

Sentyabrın 16-da Masallı rayonu Gəyəçöl kənd N.Həsənov adına tam orta məktəbin yeni binasının açılış mərasimi keçirilib.

Açılış mərasimində Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fərzəli Qədirov, millət vəkili Elmira Axundova, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov, məktəbin pedaqoji kollektivi, şagird və valideynlər iştirak ediblər.

Tədbirdə çıxış edən nazirliyin Aparat rəhbərinin müavini Fərzəli Qədirov yeni tədris ilinin başlanması münasibətilə müəllim, şagird və valideynləri təbrik edərək onlara uğurlar arzulayıb. Fərzəli Qədirov son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə məktəb infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlərin görüldüyünü bildirib. Eyni zamanda 2003-2018-ci illərdə 3 200-dən çox məktəbin tikildiyini və ya əsaslı təmir edildiyini, 1 milyondan çox şagirdin təlim şəraitinin yaxşılaşdırıldığını diqqətə çatdırıb.

Fərzəli Qədirov eyni zamanda cari ildə Təhsil Nazirliyi tərəfindən 20 yeni məktəb binasının inşa edildiyini, 8 məktəbin əsaslı təmir olunduğunu, 15 modul tipli məktəbin quraşdırıldığını, 43 təhsil müəssisəsinin yeni tədris ilinin ilk günündə istifadəyə verildiyini vurğulayıb. Aparat rəhbərinin müavini təhsil sahəsində qazanılan uğurlardan, müəllim nüfuzunun yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb və yeni dərs ilinin qarşıda duran vəzifələrindən danışıb.

Açılış mərasimindən sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, yeni məktəb binası 264 şagird yerlikdir. Binada 11 sinif otağı, fizika, kimya, biologiya, informatika, hərbi hazırlıq kabinetləri, kitabxana, idman ve akt zallari mövcuddur. Məktəbdə 31 müəllim tədris fəaliyyəti göstərir.

Bununla yanaşı, bu gün Masallı rayonunda Bala Təklə kənd Y.Ağayev adına ümumi orta məktəb üçün inşa edilmiş 96 yerlik, Şıxlar kənd 2 nömrəli ümumi orta məktəb üçün inşa edilmiş 56 yerlik modul tipli məktəblərin də açılışı olub.


6 il əvvəl