SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində işlər davam etdirilir
“Rəqəmsal bacarıqlar” layihəsi üzrə yeni tədris ilinə hazırlıq işləri davam etdirilir.
Layihəyə yeni qoşulmuş 50 məktəbin təxminən 150 sinfində Azərbaycan Təhsil Şəbəkəsinin operatoru olan AzEduNet şirkəti tərəfindən 3000 ədəd kompüter texnikasının quraşdırılması və şəbəkəyə qoşulması üzrə işlər həyata keçirilir.
Qeyd edək ki, 2019-2020-ci tədris ilində Bakıda 25, Sumqayıtda 10, Mingəçevirdə 5, Şamaxıda 5, Gəncədə də 5 məktəbin “Rəqəmsal bacarıqlar” layihəsinə cəlbi nəzərdə tutulur. Beləliklə, layihə yeni tədris ilində təxminən 120 məktəb üzrə 70 000 şagirdi əhatə edəcək.
Xatırladaq ki, 2017-2018-ci tədris ilində başlayan layihənin həyata keçirilməsində məqsəd şagirdlərdə alqoritmik düşüncə və məntiqin, layihə bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrədilməsidir. Layihə təhsilalanlara yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradır.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl