SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Aprelin 29-da “Palace Hotel”də “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “Azərbaycanda himayədar qayğı sisteminin yaradılması” mövzusunda konfrans keçirilib.
Tədbirdə ayrı-ayrı nazirliklərin, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri və digər qurumların nümayəndələri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsi müdirinin müavini Qurban Əmirov tədbirin mühüm məsələyə həsr olunduğunu qeyd edərək müzakirələrin maraqlı və səmərəli keçəcəyinə inandığını bildirib. Q.Əmirov əsas məqsədi pilot seçilmiş Əzizbəyov rayonunda alternativ qayğı növü kimi himayədar (foster) ailə sisteminin yaradılması mexanizmlərinin qurulması olan “Yerli hakimiyyət orqanları ilə qeyri-hökumət təşkilatları arasında himayədar (foster) qayğı və ailə əsaslı xidmətlər üzrə əməkdaşlıq modelinin işlənib hazırlanması” layihəsi çərçivəsində görüləcək işlər və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər haqqında məlumat verib.
YUNİSEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard və Avropa Komissiyasının ölkəmizdəki nümayəndəsi Məryəm İsmayılova öz çıxışlarında layihənin uğurla icra olunacağına inamlarını ifadə edib və bu işin bütün tərəfdaşlarına təşəkkürlərini bildiriblər.
Sonra bir neçə təqdimat dinlənilib. “Ümidli gələcək” təşkilatının rəhbəri Nabil Seyidov “Azərbaycanda uşaq müdafiə sisteminin islahatında alternativ qayğı xidmətləri olan himayədar qayğı və kiçik qrup evi xidmətlərinin əhəmiyyəti”, “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının Qafqaz və Orta Asiya üzrə koordinatoru Brigita Ştöpler “Himayədar qayğı kimi alternativ xidmətlərin göstərilməsində Avstriya təcrübəsi” və “Hilfsverk Avstriya” beynəlxalq təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aytəkin Hüseynli “Əzizbəyov rayonunda müdafiəyə möhtac olan uşaqların ehtiyaclarının müəyyən edilməsi məqsədilə keçirilən sorğunun nəticələri” mövzusunda təqdimatlarla çıxış ediblər.
Konfransın sonunda təqdim olunan məruzələrlə bağlı müzakirələr aparılıb.
10 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl