SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Gürcüstana 20 622 ədəd dərslik və metodik vəsait göndərilib
Sentyabrın 5-də Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 2019-2020-cu tədris ili üçün 21 adda 20 622 ədəd dərslik və metodik vəsait göndərilib.
Sözügedən dərs vəsaitləri Təhsil Nazirliyinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşlarının müşayiəti ilə bu ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təhvil verilib.
Qeyd edək ki, “Ana dili” və ədəbiyyat dərsliklərinin mübadiləsi 20 dekabr 2011-ci il tarixində Tbilisi şəhərində keçirilmiş Azərbaycan-Gürcüstan İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın VII iclasında qəbul olunmuş Protokola əsasən həyata keçirilir.
Son 5 ildə Təhsil Nazirliyi tərəfindən Gürcüstanın Azərbaycan dilində tədris aparılan məktəblərinə 81 427 ədəd dərslik və metodik vəsait göndərilib.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl