• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 27-də “Hyatt Regency” otelinin “Quba” zalında “Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında” mövzusunda Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunmuş konfransın yekun mərhələsi və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Şaiq Əsgərov, millət vəkili Məlahət İbrahimqızı, tanınmış alim və pedaqoqlar, paytaxt məktəblərinin direktorları, müəllimlər iştirak ediblər.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva çıxış edərək, ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”na müvafiq olaraq görülən işlərdən danışıb. Nailə Rzaquliyeva bu ayın əvvəllərində keçirilmiş “Məktəbli gənclər Heydər Əliyev zəkasının işığında” mövzusunda Bakı şəhər ümumtəhsil məktəbləri şagirdlərinin yaradıcılığına həsr olunan konfrans haqqında məlumat verərək bildirib ki, paytaxtın 110 məktəbindən 180-ə qədər şagird 13 bölmə üzrə ayrı-ayrı fənlər, o cümlədən Azərbaycan tarixinin müxtəlif dövrləri, ölkəmizin beynəlxalq aləmdə mövqeyi, siyasi-iqtisadi, sosial-mədəni həyatı, görkəmli tarixi şəxsiyyətləri, ədəbiyyat, incəsənət xadimləri, cəmiyyətdə gənclərin rolu, ekoloji problemlər və digər məsələlərlə bağlı hazırladıqları yaradıcılıq işlərini təqdim ediblər. Münsiflər heyətinin rəyinə əsasən yüksək qiymətləndirilən məruzə, təqdimat materiallarının seçildiyini və qaliblərin müəyyənləşdirildiyini söyləyən N.Rzaquliyeva qabiliyyət və istedadın üzə çıxarılmasına imkan verən bu müsabiqənin qaliblərinə uğurlar arzulayıb.
Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin və onun  layiqli davamçısı ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsində gördükləri işlərlə bağlı ayrı-ayrı məqamları əks etdirən “Azərbaycan-dünyam mənim” adlı sənədli  filmə tamaşa ediblər.
Sonra ən yaxşı yaradıcılıq işi ilə fərqlənmiş I, II, III yerlərin sahibləri olan 50 şagirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin diplom və hədiyyələri təqdim olunub. Mərasimdə, həmçinin, ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümü münasibətilə keçirilən inşa müsabiqəsinin Bakı şəhəri üzrə qalibləri olan paytaxt məktəblərinin 11 şagirdi də mükafatlandırılıb.
AMEA-nın müxbir üzvü Vaqif Abbasov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev son illər Azərbaycan təhsilinin uğurlu inkişafından, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təhsilə göstərilən qayğıdan, orta ümumtəhsil məktəblərində çoxsaylı istedadlı və bacarıqlı uşaqların olmasından, aparılan uğurlu işlərdən və bu sahədə müsbət nəticələrin əldə edilməsindən söz açıblar. Çıxışlarda Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təhsilimizin inkişafındakı əvəzsiz xidmətləri diqqətə çatdırılıb.
Mərasimi təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq ulu öndərimiz Heydər Əliyevin müəllimlərə hər zaman xüsusi hörmətlə yanaşdığını, onların əməyini yüksək qiymətləndirdiyini qeyd edib. Dahi şəxsiyyətin müəllim haqqında söylədiyi dəyərli fikirləri mərasim iştirakçılarının diqqətinə çatdıran təhsil naziri ölkə başçısı cənab İlham Əliyev tərəfindən Azərbaycan təhsilinin, elminin inkişafına daim diqqət və qayğı göstərildiyini xüsusi vurğulayıb. Misir Mərdanov istedadlı şagirdlərin üzə çıxarılmasında, onların yaradıcılıq potensialının inkişafında belə tədbirlərin keçirilməsinin müstəsna əhəmiyyəti olduğunu bildirib və bütün qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.


10 il əvvəl