• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Müəllimlərin işə qəbulundan daha 3 yüksək nəticə

İyulun 17-də ibtidai sinif müəllimliyi üzrə keçirilən işə qəbul imtahanlarında Aidə Mikayılova, Günel Məmmədova və Lalə Babayeva 58 bal toplayaraq yüksək nəticə əldə ediblər.

Aidə Mikayılova Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdində Pedaqoji Kollecinin, Günel Məmmədova Lənkəran Dövlət Humanitar Kollecinin, Lalə Babayeva Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudurlar.

İyulun 18-də ibtidai sinif, təsviri incəsənət və fiziki tərbiyə müəllimi olmaq istəyənlər imtahan verəcək.


6 il əvvəl