SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Kaspi” şagirdlərindən daha bir uğur
ABŞ-da hər il keçirilən "Genius" Olimpiadasında “Kaspi” liseyinin şagirdləri növbəti uğura imza atıblar.
79 ölkə və ABŞ-ın 40 əyalətindən olan 1400-dən çox şagirdin iştirakı ilə keçirilən olimpiadada "Kaspi" liseyini 6 nəfərdən ibarət 2 komanda təmsil edirdi.
Olimpiadada uğurla iştirak edən X sinif şagirdləri Əzizağa Hüseynov, Əli Quluzadə və VIII sinif şagirdi Əbülfəz Rəsulzadə qızıl medal qazanıb. Liseyin VIII sinif şagirdləri Hüseyn Nadirov, Fərhad Süleymanzdə və IX sinif şagirdi Hüseyn Rəsulzadə isə bürünc medala layiq görülüblər. Beləliklə, “Kaspi” liseyini təmsil edən hər iki komanda 3 qızıl, 3 bürünc olmaqla, ümumilikdə 6 medal qazanıb.
Bununla da “Kaspi” liseyinin beynəlxalq olimpiadalarda qazandığı medalların sayı 100-ə çatıb.
Hər il Nyu-York Dövlət Universitetinin ev sahibliyi etdiyi və Osveqo şəhərində keçirilən "Genius” olimpiadası ABŞ-ın ən böyük elm sərgisi hesab olunur. Yarış iştirakçıları beş fərqli kateqoriya olmaqla, ekologiya və ətraf mühit problemlərinin həlli istiqamətində müxtəlif layihələrlə çıxış edirlər.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl