SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
"BİR könüllü" və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi birgə əməkdaşlıq edəcək
Təhsil Nazirliyinin "Bir könüllü" təşkilatı və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi arasında birgə əməkdaşlığa start verilib.
Əməkdaşlıq çərçivəsində "BİR" tələbə-könüllülər 80-dən çox Şuşa sakininin Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə səfərində iştirak ediblər. Səfər zamanı yaşlı nəslin nümayəndələri, Qarabağ qaziləri və şəhid ailələrindən ibarət heyət #BİR könüllülər tərəfindən müşaiyət olunub.
Qeyd edək ki, "Bir könüllü" təşkilatı Qarabağ bölgəsindən olan tələbə-könüllülər üçün “Qarabağ Könüllüləri” klubunu yaradıb. Klub çərçivəsində Qarabağ bölgəsindən olan tələbə-könüllülər şəxsi inkişafı və asudə vaxtının səmərəli dəyərləndirilməsi üçün müxtəlif təlim və seminarlarda, intellektual oyunlarda iştirak edə bilər, həmçinin, könüllü fəaliyyət göstərə bilərlər. "BİR" könüllü olmaq istəyən tələbələr www.konullu.edu.az saytı vasitəsilə qeydiyyatdan keçə və təşkilata üzv ola bilərlər.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl