• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Yeni işə qəbul olunmuş gənc müəllimlərlə adaptasiya proqramına start verilir

Sentyabrın 7-dən yeni tədris ili üzrə işə qəbul olunmuş gənc müəllimlərlə ilk dəfə adaptasiya proqramına başlanılır.

 

Adaptasiya proqramının məqsədi yeni işə qəbul olunmuş müəllimlərin iş mühitinə və tədris prosesinə rahat uyğunlaşmasına nail olmaqdan ibarətdir.

 

Adaptasiya proqramı çərçivəsində Nazirliyin struktur bölmə rəhbərləri, yerli təhsili idarəetmə orqanlarının rəhbərləri, ümumi təhsil müəssisələrinin direktorları, psixoloqların iştirakı ilə görüşlərin keçirilməsi nəzərdə tutulur.

 

Proqram çərçivəsində yerli təhsili idarəetmə orqanlarının rəhbərlərinin təqdimatında “Tədris-pedaqoji sənədlərlə işin təşkili”, “Şagirdlərlə işin təşkili”,  Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının koordinatorları ilə müəllimlərin görüşü, Nazirliyin struktur bölmə rəhbərlərinin təqdimatında “Öyrədici mühitin yaradılması”, “Uğurlu şagird-valideyn-məktəb tandeminin qurulması” mövzusunda təlimlər, həmçinin dərslik müəllifləri, qabaqcıl müəllimlərlə müzakirələr keçiriləcək.

 

Adaptasiya proqramında iştirak etmək üçün aşağıdakı linkə daxil olaraq qeydiyyatdan keçə bilərsiniz: https://forms.gle/PJu8G8iefYtuzr3n7


3 il əvvəl