SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Uşaq-gənclər idman məktəblərinin təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında
Tokio-2020 Yay Paralimpiya Oyunlarında “Təhsil” Respublika İdman Mərkəzinin 5 nömrəli İxtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançısı Lamiyə Vəliyeva atletika idman növü üzrə (T13) 400 metr kateqoriyasında 55.00 saniyəlik nəticə ilə paralimpiya rekordunu yeniliyərək qızıl medal qazanıb.
Bundan başqa, Lamiyə Vəliyeva 31 avqust 2021-ci il tarixində (T-13) 100 metr məsafəyə qaçışda 11.99 nəticə ilə Tokio-2020 Yay Paralimpiya Oyunlarında ölkəmizə gümüş medalı qazandırıb.
Oyunlarda ölkəmizi təmsil təmsil edən, “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbinin cüdo bölməsinin məşqçi-müəllimi Vüqar Şirinli də cüdo idman növü üzrə 60 kq. çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl