• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aprelin 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin yaranmasının 50 illik yubileyi qeyd olunub.

Yubiley mərasimindən əvvəl ali təhsil ocağının kollektivi, dəvət olunmuş qonaqlar Fəxri xiyabana gələrək ümummilli liderimiz Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və məzarı önünə əklil qoyublar. Tədbir iştirakçıları görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarını ziyarət ediblər.
Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən yubiley tədbirində təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Türkiyə Respublikasının Yüksək Öyrətim Kurumunun məsul şəxsləri, Hacəttəpə Universitetinin əməkdaşları, millət vəkilləri, ölkəmizin tanınmış alim və pedaqoqları, bir sıra dövlət və qeyri-dövlət ali məktəblərinin rəhbərləri, universitetin müəllim və tələbələri iştirak ediblər.
Mərasimi Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Yusif Məmmədov açaraq iştirak edən qonaqları rəhbərlik etdiyi ali təhsil ocağında görməyindən məmnunluq hissi keçirdiyini bildirib. Rektor ölkəmizdə yüksək ixtisaslı pedaqoji kadr hazırlığında 90 ilə yaxın şərəfli inkişaf yolu keçmiş Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhsil sahəsindəki xidmətlərindən danışıb. Ali təhsil ocağında fəaliyyət  göstərən fakültələr arasında pedaqoji fakültənin xüsusi yeri və rolu olduğunu qeyd edən Y.Məmmədov 1958-ci ildə ibtidai təhsilin pedaqogika və metodikası adı ilə yaradılmış bu fakültənin 50 il ərzində 15 minə yaxın məzunu olduğunu diqqətə çatdırıb. Rektor rəhbərlik etdiyi ali təhsil ocağının son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirdiyi tədbirlərdən, tətbiq edilən yeniliklərdən, universitetin beynəlxalq əlaqələrindən ətraflı söz açıb.
Sonra çıxış üçün söz təhsil naziri Misir Mərdanova verilib. Nazir ölkə təhsilinin, elminin uğurlu inkişafından danışaraq, ümummilli liderimiz Heydər Əliyevin hər zaman müəllimlik sənətinə yüksək dəyər verdiyini, onun layiqli davamçısı, ölkə Prezidenti  cənab İlham Əliyev tərəfindən də Azərbaycan təhsilinə, elminə diqqət və qayğı ilə yanaşıldığını xüsusi vurğulayıb. Müəllimin təhsildə əsas sima, ən nüfuzlu şəxs olduğunu deyən təhsil naziri onların hər zaman cəmiyyət tərəfindən hörmətlə qarşılandığını qeyd edib.
Nazir yubileyi qeyd olunan pedaqoji fakültənin səmərəli fəaliyyətini müsbət qiymətləndirib, Azərbaycan Dövlət Pedaqoji Universitetinin pedaqoji fakültəsinin bir qrup əməkdaşına yüksəkixtisaslı kadrların hazırlanması sahəsində səmərəli pedaqoji fəaliyyətinə görə və fakültənin 50 illik yubileyi münasibətilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanını və Fəxri fərmanlar təqdim edib. Misir Mərdanov çıxışının sonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin rəhbərliyini, pedaqoji fakültənin müəllim və tələbələrini yubiley münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində yeni-yeni uğurlar arzulayıb.
Yubiley mərasimində pedaqoji fakültənin dekanı Fərrux Rüstəmov “Şərəfli 50 il” mövzusunda geniş məruzə ilə çıxış edib. Məruzədə pedaqoji fakültənin keçdiyi tarixi yoldan, əldə edilən uğurlardan söz açılıb.
Çıxış edənlərdən Türkiyə Respublikası Hacəttəpə Universitetinin pedaqoji fakültəsinin dekanı Buket Akkoyunlu, İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhrami, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva 50 il şərəfli ömür yolu keçmiş pedaqoji fakültənin kollektivini təbrik edərək, onlara ən xoş arzularını çatdırıblar.
Yubiley tədbiri ali təhsil ocağının pedaqoji fakültəsinin tələbələrinin hazırladıqları musiqili kompozisiya ilə davam edib.


10 il əvvəl