SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu keçirilir
27 avqust - 5 sentyabr tarixlərində peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədris aparacaq müəllimlərin işə qəbulu müsabiqəsi keçirilir.
Yüksək texniki peşə təhsil səviyyəsi üçün müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə və Qəbələ şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində ümumilikdə 55 vakant yer elan olunub.
İşə qəbul müsabiqəsi 2 mərhələdən ( elektron müraciət və müsahibə mərhələləri) ibarətdir.
İştirak etmək istəyən namizədlər 5 sentyabr saat 23:59-dək "Müraciət forması"nı bölmələr üzrə tam doldurmalıdırlar. Hər bir müraciətçiyə ən çoxu 2 yaxın ixtisas üzrə 5 vakansiya seçmək hüququ verilir. Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəsmi səhifəsində vakant yerlərin siyahısı yerləşdirilib.
Müsabiqədə uğur qazanacaq müəllimlər aşağıdakı üstünlüklərdən faydalana biləcəklər:
- Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək;
- Ölkəmizdə və xarici ölkələrdə keçiriləcək təlimlərdə iştirak;
- Rəqabətə davamlı əməkhaqqı;
- Daimi və ya saat hesabı tədrisə cəlb imkanı.
Qeyd edək ki, seçim zamanı müvafiq ixtisas üzrə təhsil, iş və tədris təcrübəsi, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcək.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl