• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu keçiriləcək

Oktyabrın 1-i Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumu keçiriləcək.
 

Forum "T-Network" təhsil işçilərinin təcrübə və kommunikasiya platforması və Təhsil İnstitutunun təşkilatçılığı, Təhsil Nazirliyi, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Bir könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə onlayn təşkil ediləcək.
 

Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək və bununla da təhsildə keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. “Təşəbbüsdən tətbiqə” başlığı altında baş tutacaq Forum virtual təhsil, beynəlxalq qiymətləndirmə, liderlik, XXI əsrin bacarıqları və davamlı inkişaf mövzularını əhatə edir.
 

Beynəlxalq Müəllimlər Gününə həsr olunacaq Forum “Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i və sənədin “XXI əsrin tələblərinə uyğun təhsil” istiqamətini rəhbər tutur.
 

Forumda iştirak ödənişsizdir. Forumla bağlı məlumatlar sosial şəbəkədə paylaşılacağı üçün yalnız "T-Network"un "Facebook" (https://www.facebook.com/tnetwork.az) və ya "İnstagram" (https://www.instagram.com/tnetwork_global/)  səhifəsini bəyənən iştirakçıların müraciəti təsdiqlənəcək və onlara iştirak linki göndəriləcək.
 

Arzu edən iştirakçılara sonda beynəlxalq sertifikat da veriləcək.
 

Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3gBGZ55


3 il əvvəl