SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
“Təhsil Liqası”na yekun vurulub
“Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2018-2019-cu il mövsümü üzrə 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında təşkil olunan yarışların final oyunları keçirilib.
Bakı şəhəri 248 və 267 nömrəli tam orta məktəblərin ərazisində yerləşən mini futbol meydançalarında keçirilən yarışlarda U-8 liqası üzrə I yerə "Keşlə" Futbol Klubunun, II yerə "Sabah" Futbol Klubunun, III yerə “Təhsil” Respublika İdman Mərkəzinin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, U-9 liqası üzrə isə I yerə "Sabah" Futbol Klubunun, II yerə "Vətən" İdman Liseyinin ("Vətən" Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin), III yerə "Keşlə" Futbol Klubunun komandaları layiq görülüb.
Qaliblər diplom, kubok, medal və qiymətli hədiyyələrlə təltif olunub.
Qeyd edək ki, 28 sentyabr 2018-ci il tarixindən keçirilən yarışlara idman məktəblərindən və futbol klublarından U-8 liqası üzrə 12, U-9 liqası üzrə 14 komanda qatılıb, ümumilikdə 314 oyun keçirilib.
Liqaların keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılmasından ibarət olub.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl