SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Maarifləndirici təlim başa çatıb
Mayın 31-də Təhsil Nazirliyinin kütləvi informasiya vasitələrinin nümayəndələri üçün təşkil etdiyi maarifləndirici təlim öz işini yekunlaşdırıb.
Təlimdə İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov “Təhsil mövzusu mətbuatda”, İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə “Müəllimlərin işə qəbulu və yerdəyişməsi”, Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev “Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul planı” mövzularında təqdimatlarla çıxış ediblər.
Təlimdə müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinin qaydaları barədə məlumat verilib və cari ildə keçirilmə tarixləri elan edilib. Eləcə də bu il ali məktəblərə qəbulda dövlət sifarişli yerlərin sayının artırıldığı qeyd edilib.
Daha sonra Maliyyə şöbəsinin müdiri Rauf Orucov “Təqaüdlərin və təqaüd yerlərinin artımı”, Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov “Təhsildə İKT” və mövzularında təqdimatları diqqətə çatdırıblar.
Günün ikinci yarısında Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin sektor müdiri Hilal Salmanov “Məktəbdənkənar fəaliyyətin təşkili”, Ümumi və məktəbəqədər təhsil şöbəsinin sektor müdiri Firidun Həmzəyev “Məktəbəhazırlıq; Eksternat imtahanların keçirilməsi”, De-institutlaşma və uşaqların müdafiəsi idarəsinin şöbə müdiri Anar Xələfov “Sağlamlıq imkanları məhdud uşaqların təhsili”, Peşə Təhsili üzrə Dövlət Agentliyinin şöbə müdiri Məcid Bayramlı “Peşə təhsili” mövzularında təqdimatlarla çıxış ediblər.
Təqdimatlardan sonra jurnalistlərin mövzularla bağlı çoxsaylı sualları cavablandırılıb.
İkigünlük təlim başa çatıb.
Qeyd edək ki, təlimin təşkilində əsas məqsəd təhsildən yazan jurnalistlərin bu sahə ilə bağlı daha dolğun məlumatlandırılması, media ilə səmərəli əməkdaşlığın gücləndirilməsi və görülən işlərin KİV vasitəsilə ictimaiyyətə çatdırılmasıdır.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl