SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Dövlət Proqramı məzunu RTŞ əməkdaşlarına təlim keçib
Avqustun 10-da “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“nın məzunu tərəfindən rayon (şəhər) təhsil şöbələrinin əməkdaşlarına onlayn təlim keçirilib.
Təlimçi sözügedən proqram çərçivəsində Böyük Britaniyanın “University of Glasgow” ali təhsil müəssisəsində təhsil elmləri ixtisası üzrə magistratura təhsili almış Samirə Həsənzadə olub.
Yerli təhsili idarəetmə orqanlarının əməkdaşları üçün keçirilən onlayn təlim “Liderlik” mövzusuna həsr edilib.
Təlimdə Təhsil Nazirliyinin tabeliyində olan müxtəlif rayon (şəhər) təhsil şöbələrinin əməkdaşları iştirak edib. Təlimdə liderliyin əsas xüsusiyyətləri, lider ilə idarəçi arasındakı fərq, liderliyin müxtəlif tərzləri və digər məsələlərə dair məlumatlar paylaşılıb.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl