• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Nazirlik Menyu Geri

Menyu

Virtual bələdçi Elektron sənəd yoxlanışı ƏLÇATANLIQ

SPECIAL ANNOUNCEMENT

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu

2022-05-06 14:01:00

Aqrar Universitetlə Ege Universiteti arasında ikili diplom proqramı imzalanıb

Avqustun 9-da Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Türkiyənin Ege Universiteti arasında ikili diplom proqramının imzalanması mərasimi keçirilib.

 

Onlayn təşkil edilən mərasimdə iştirak edən təhsil naziri Emin Əmrullayev ikili diplom proqramının əhəmiyyətinə toxunub və bu cür əməkdaşlıqların iki ölkə arasında təhsil sahəsində münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verəcəyini vurğulayıb.

 

Mərasimdə bildirilib ki, sözügedən proqram bakalavr səviyyəsində 4 ixtisas üzrə (bitki mühafizəsi, aqronomluq, aqromühəndislik və iqtisadiyyat) nəzərdə tutulub. Proqram çərçivəsində 2021-ci ildən başlayaraq hər il 120 tələbə 3 il ADAU-da, 1 il isə Ege universitetində ödənişsiz təhsil alacaq. İkili diplom proqramının “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində maliyyələşdirilməsi nəzərdə tutulur.

 

İmzalama mərasimində iştirak edən kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova, Ege Universitetinin rektoru Necdet Budak və ADAU-nun rektoru İbrahim Cəfərov çıxış edərək iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsini vacib addım kimi dəyərləndirib, bu işdə əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər.

 

Daha sonra iki universitet arasında onlayn şəkildə ikili diplom proqramı üzrə müqavilə imzalanıb. İmzalanma mərasimindən sonra media nümayəndələrinin sualları cavablandırılıb.


3 il əvvəl