SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
Xarici ali təhsil müəssisələrinin Bakı filialları barədə
Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edən vətəndaşlar arasında xarici ali təhsil müəssisələrinin lisenziyasız fəaliyyət göstərən Bakı filiallarında təhsil almış 389 müraciətçinin diplomları üzrə əldə olunan ixtisasları ölkə ərazisində tanınmayıb. Bu müraciətlərin əhəmiyyətli hissəsi adları aşağıda qeyd olunan ali təhsil müəssisələrinə məxsusdur:
1. Dağıstan Dövlət Universiteti
2. Cənubi Rusiya Humanitar İnstitutu
3. Sankt Peterburq Xarici İqtisadi Əlaqələr və Hüquq İnstitutu
4. Rusiya Dövlət Sosial Universiteti
5. Moskva Dövlət Açıq Universiteti
6. Regionlararası Heyətin İdarəolunması Akademiyası
7. Müasir Humanitar Akademiya
8. "YUJDAQ" İnstitutu
9. Dnepropetrovsk Milli Universiteti
10.Hüquq və İdarəetmə Akademiyası (İnstitut)
11. Anadolu Universiteti
Qeyd edək ki, yalnız aşağıda adları göstərilən və Azərbaycan Respublikası ərazisində filialları lisenziyalı fəaliyyət göstərən xarici ali təhsil müəssisələri tərəfindən verilən diplomlar ölkəmizdə tanınır:
1. Moskva Dövlət Açıq Universiteti (19.11.2007-ci il - 01.09.2010-cu illər ərzində);
2. Moskva Əmək və Sosial Münasibətlər Akademiyası (1999-2005-ci illər ərzində);
3. V.Lomonosov adına Moskva Dövlət Universiteti (27.02.2009-cu ildən etibarən);
4. İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti (15.05.2015-ci ildən etibarən).
Vətəndaşların əlavə olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyinin internet səhifəsinin (www.tkta.edu.az) "Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə olunur.
3 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
3 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
3 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
3 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
3 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
3 il əvvəl