SPECIAL ANNOUNCEMENT
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu
2022-05-06 14:01:00
İdman profilli məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyətlə bağlı müşavirə
Mayın 22-də idman profilli məktəbdənkənar təhsil müəssisələrində mövcud vəziyyət və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Tədbirdə Təhsil nazirinin müavini Firudin Qurbanov, məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin əməkdaşları, nazirliyin sistemində fəaliyyət göstərən idman liseylərinin, uşaq-gənclər idman və şahmat məktəblərinin direktorları və digər rəsmi şəxslər iştirak edib.
Tədbirdə çıxış edən nazir müavini Firudin Qurbanov ölkəmizdə bədən tərbiyəsi və idmana göstərilən dövlət qayğısından, bu sahədə Nazirlik tərəfindən görülən işlərdən danışıb. Nazir müavini təhsil alanların sağlamlıqlarının qorunmasında idman və bədən tərbiyəsinin əhəmiyyətinə toxunub.
Çıxışının sonunda Firudin Qurbanov şagirdlərin məktəbdənkənar fəaliyyətə cəlb olunması, məktəblərdə təlim-tərbiyə prosesinin düzgün təşkili, nizam-intizam qaydalarına riayət edilməsi, təhlükəsizlik tədbirlərinin icrası işinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Daha sonra “Təhsil” Respublika İdman Mərkəzinin direktoru Natiq Lahıcov mərkəzin illik fəaliyyəti barədə hesabatla çıxış edib. Mərkəz direktoru Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman və şahmat məktəblərinin fəaliyyəti, kadr potensialı, il ərzində idmançıların qazandığı uğur və nailiyyətlər, eləcə də mövcud vəziyyət və qarşıda duran vəzifələr haqqında danışıb.
Müşavirənin sonunda çıxışlar ətrafında müzakirələr aparılıb.
6 il əvvəl
Digər xəbərlər
-
“PolyUp” Azərbaycan müsabiqəsinə qeydiyyat başlayıb
4 il əvvəl -
Təhsil naziri Türkiyədə Rəqəmsal Transformasiya Ofisinin rəhbəri ilə görüşüb
4 il əvvəl -
Oktyabrda 257 nəfərin diplomu tanınıb
4 il əvvəl -
Təhsil nazirinin Türkiyəyə səfəri davam edir
4 il əvvəl -
“Qarabağı Birlikdə Quraq!” Minecraft müsabiqəsi keçirilir
4 il əvvəl